Cümə axşamı, 04 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qatil Yerqanyandan terrorçu Sasunyana – erməni terrorunun 101-ci ili: 239 terakt

1982-ci ilin yanvarında ABŞ-ın Kaliforniya ştatının ən iri şəhəri Los-Ancelesdə Türkiyənin baş konsulu vəzifəsində çalışan Kamal Arıkanı qətlə yetirməkdə təqsirli bilinərək ömürlük həbs cəzası alan Hampiq Sasunyanın 39 ildən sonra azadlığa buraxılması bir çox ölkələrdə medianın əsas mövzularından biridir.

Türkiyədə, Azərbaycanda və Ermənistanda isə bu, bəlli səbəblərdən daha çox müzakirə olunur.

Həmin vaxt cəmi 19 yaşı olan Hampiqin indi 58 yaşı var və o, gəlib ana vətəninə sığınıb. Əslində isə Sasunyan beyrutludur, Livanda doğulub, fəqət yaşamaq üçün köhnə terror yuvası seçib.

Öldürülən diplomat Kamal Arıkan 1927-ci il təvəllüdlü olub, qətlə yetirilən zaman 55 yaşı olub. Sasunyan onu 1915-ci ildə Osmanlı imperiyasında baş verən hadisələrin qisasını almaq zəminində güllələyib. Konsul Arıkan o hadisələrdən 12 il sonra dünyaya gəlmişdi və təbii ki, həmin hadisələrdə heç bir rolu yox idi.

Məlum olduğu kimi, ermənilər 1914-cü ildə başlayan I dünya müharibəsinə mütəşəkkil halda silahlanmış icma olaraq qatılıblar, Osmanlı imperiyasına arxadan zərbə vuraraq, onun düşmənlərinə - Fransa və Rusiyaya hər cür köməklik göstərib, çoxsaylı və zərərli hərbi əməliyyatlar aparıblar. Nəticədə Osmanlı sultanı 1915-ci ilin 24 aprelində erməni toplumun hərbi əməliyyatlar gedən regionlardan sürgün olunması barədə fərman verib. Bundan başqa, qanlı müharibədə ermənilər də xeyli itki veriblər və Fransanın, Rusiyanın vassalı olsa da, müasir Türkiyənin ərazisində öz dövlətlərini qurmaq planları puç olub.

Bu məğlubiyyətin kinini uzun illər yaşadan ermənilər 1920-ci ildən başlayaraq ta günümüzə qədər I dünya müharibəsində verdikləri itkinin qisasını almağa çalışırlar. Ondan sonra daha bir qanlı dünya müharibəsi olub, bütün Avropa xalqları milyonlarla insan itiriblər, amma ermənilər üçün öz verdikləri itki bütün faciələrin fövqündədir. Onlar hələ də 106 il bundan əvvəl baş verən hadisələrin davasını aparırlar, həyatlarının mənası “erməni genosidi”ni bütün dümyada tanıtdırmaq, çağdaş Türkiyəni ermənilərə təzminat ödəməyə məcbur etmək, bir də fürsət düşdükcə terror yoluyla qisas almaqdır.

Sasunyanın da 1982-ci ildə Türkiyə diplomatına qarşı törətdiyi terror aktı bu silsilədən idi. Bundan əvvəl və sonra ermənilərin məşhur ASALA təşkilatı bir neçə bənzər terror aktları törətmişdi. Ancaq Türkiyənin xüsusi xidmət orqanlarının keçirdiyi antiterror əməliyyatları bu “bir şilləllik canı olan” bədnam təşkilatın süqutuna gətirib çıxardı və türk diplomatlarına qarşı davam edən teraktlara son qoyuldu. Yoxsa Avropa dövlətləri erməni terrorçulara mülayim yanaşır, onlara ağır cəzalar kəsmirdilər.

Ermənilərin 101 ildən bəri həyata keçirdiyi qisas əməliyyatının adı “Nemezis” olub. Bu əməliyyat çərçivəsində Türkiyə və Azərbaycanın yüksək rütbəli məmurları qətlə yetirilib. 100 il əvvəl bu əməliyyatlara Armen Qaro, Aron Saçaklyan və Şahan Natali rəhbərlik edib.

1920 və 1922-ci illər arasında erməni qisasçı-terrorçular tərəfindən qətlə yetirilən adamların sırasında aşağıdakı tarixi şəxsiyyətlər var:

Azərbaycanın sabiq baş naziri Fətəli Xan Xoyski - 19 iyun 1920-ci ildə terrorçu Aram Yerqanyan tərəfindən Tiflisdə qətlə yetirilib;

Osmanlı imperiyasının sabiq baş naziri Tələt paşa - 15 mart 1921-ci ildə terrorçu Soqomon Teyliryan tərəfindən Berlində güllələnib;

Azərbaycanın sabiq daxili işlər naziri Behbud Xan Cavanşir - 18 iyul 1921-ci ildə terrorçu Misak Torlakyan tərəfindən İstanbulda öldürülüb;

Osmanlının baş naziri (3 ay) olmuş Halim paşa - 5 dekabr 1921-ci ildə Arşavir Şiraqyan tərəfindən Romada qətlə yetirilib;

Osmanlının dövlət xadimi Bahəddin Şakir - 17 aprel 1922-ci ildə terrorçu Aram Yerqanyan tərəfindən Berlində öldürülüb;

Trabzon valisi Camal Əzmi - 17 aprel 1922-ci ildə terrorçu Arşavir Şiraqyan tərəfindən Berlində güllələnib;

Türkiyənin dövlət və hərbi xadimi Camal paşa - 25 iyul 1922-ci ildə terrorçu Stepan Caqiqyan tərəfindən Tiflisdə qətlə yetirilib.

Erməni terrorçu-qatillər

Göründüyü kimi, Fətəli Xan Xoyskinin qatili ilə Bahəddin Şakirin qatili eyni adamdır – Aram Yerqanyan. Bu da o deməkdir ki, terrorçu ən yüksək siyasi dairələr tərəfindən himayə olunub, Avropada sərbəst gəzib-dolaşa, qətlə yetirəcəyi adamlar barədə kəşfiyyat apara bilib. Tələt paşanın qatili Soqomon Teyliryan isə Almaniya məhkəməsi tərəfindən azadlığa buraxılıb.

Bunlardan başqa, “Nemezis” əməliyyatları çox sayda türk diplomatlarını və onların ailə üzvlərini də əhatə edib.

Erməni qisasçılığı 1915-ci ildən yarım əsr keçdikdən sonra da davam edib və 1973-1991-ci illərdə xaricdəki türk diplomatlarına qarşı 239 terror hücumu həyata keçirilib. 31 türk diplomatı da daxil olmaqla, 71 günahsız insan öldürülüb, 520 nəfər ağır yaralanıb.

Maraqlıdır ki, dünyanın harasında hansısa bir erməni təsadüfən qətlə yetiriləndə bütün güclərini birləşdirib həmin şəxsə ömürlük həbs cəzası kəsdirən ermənilər başqalarını qəsdən, terror aktı nəticəsində öldürən erməni qatilləri mütəşəkkil halda müdafiə edir, ən yüngül cəzaları almasına çalışır, bir çox hallarda buna nail olurlar.

Sasunyanın 39 ildən sonra azadlığa buraxılması isə heç də “ermənilərin güclü olması”na dəlalət etmir. Zatən, ABŞ-da belə bir praktika var, ömürlük cəzasının 35-40 və daha çox hissəsini həbsxanada yatmış adamı ahıl vaxtında azad edirlər. Hampiqin “bəxti onda gətirib” ki, türməyə gənc yaşda düşüb və bütün ömrünü həbsxanada keçirib.

Ancaq bu hadisə erməni qisasçılığını yenidən qızışdıra bilər. Düz bir ildir ki, onlar 44 günlük müharibədə məruz qaldıqları acı və rüsvauçı məğlubiyyətə görə cilov gəmirir, qisas almaq ehtirası ilə yaşayırlar. Ermənilərin bunu döyüş meydanında, səngərdə edə bilməyəcəyi aydın olduğundan beyinlərində yenidən terror yolu ilə qisas əməliyyatlarına əl atmaq planları qurduqları şübhəsizdir.

Xalid Kazımlı (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub - Yenilənib

Siyavuş Novruzovdan haqqında yayılan xəbərlə bağlı açıqlama - Yenilənib

Astanada Azərbaycan və Çin liderlərinin görüşü keçirilib - Yenilənib

Azərbaycanda bu bahalı əməliyyatlar ödənişsiz olacaq - Rəsmi açıqlama

Astanada Azərbaycan və Rusiya prezidentlərinin görüşü olub - Yenilənib

Səfərbərlik Xidmətinin 218 əməkdaşı məsuliyyətə cəlb edilib

Bakıda qadın sevgilisinə görə dörd uşağını küçəyə atdı

Şəhidin arvadı və uşaqları oğurlanıb? - Polisdən açıqlama

Seçki İranda etnik, siyasi və sosial qarşıdurmaları daha da dərinləşdirir...

Astanada Azərbaycan Prezidenti, Türkiyə Prezidenti və Pakistanın Baş naziri arasında üçtərəfli görüş keçirilib -Yenilənib

Beyləqanda qanunsuz sələm işi məşğul olanlar var? - Aidiyyatı qurumlar tədbir görməlidir

Ən çox oxunanalar